Məşhur türk müğənni Ebru Gündəş və Murat Boz 2017-ci ildə "Gün Ağardı" mahnısını birlikdə ifa ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, beş ildən sonra onlar yenidən studiyaya daxil olaraq “Sonsuzadək” mahnısı ilə duet oxuyublar.
Sözləri və musiqisi Nezih Üçlərin olan mahnının aranjemanını Mustafa Ceceli edib. Gülşən Aybaba "Sonsuzadək"in klip çəkilişində rejissor kürsüsündə əyləşib. Mahnı bu gün nusiqisevərlərə təqdim olunub.
Ayşən Vəli