Türkiyədə koronavirusdan 264 nəfər ölüb

10 Fevral 2022 22:25 (UTC+04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 264 nəfər ölüb.

SIA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 450 min 044 nəfərin test edildiyi, 98 min 602 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 87 min 932 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.