“SpaceX” şirkətinin 40 peyki sıradan çıxıb

10 Fevral 2022 22:13 (UTC+04:00)

Kosmosda baş verən geomaqnit qasırğası nəticəsində “SpaceX” şirkəti tərəfindən ötən həftə orbitə buraxılmış 40 peykin sıradan çıxdığı bildirilib.

SİA xəbər verir ki, “SpaceX” şirkətindən verilən məlumata görə, ötən cümə günü “Starlink” layihəsi üzrə ümumilikdə 49 peyk kosmosa göndərilib və onların böyük əksəriyyəti orbitə çıxmaq əvəzinə atmosferə daxil olmadan yanıb.

Bu peyklər kosmosda dünyanı sabit internetlə təmin etmək üçün hazırlanan peyk qrupunun tərkib hissəsi idi.

"SpaceX" məsələni “unikal vəziyyət” kimi dəyərləndirərək, hər birinin çəkisi 260 kiloqram olan peyklərin orbitdəki digər peyklər və ya yer üçün heç bir təhlükə yaratmadığını vurğulayıb.

Qeyd edək ki, “Starlink” dünyanın kəsintisiz internetlə təmin etmək üçün planlaşdırılan bir layihədir. Hazırda isə 2 000 peyk kosmosda öz orbitindədir.