"Dəmir yumruq vaxtında Paşinyanın başına dəydi" - POLİTOLOQ AÇIQLADI

10 Fevral 2022 18:58 (UTC+04:00)

"Paşinyan iki il bundan öncə Şuşada yallı gedirdi, bu isə Azərbaycana təhdid sayılırdı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq Cümşüd Nuriyev bildirib ki, dəmir yumruq vaxtında Paşinyanın başına dəydi: "Burada bir həqiqət var ki, Ermənistanın Azərbaycan ordusuna məğlubiyyətindən sonra özgə çıxış yolu yox idi. Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistana dərs verdi. Müharibənin hərbi-siyasi nəticələri bölgədə yeni siyasi reallıq yaratdı. Bununla yanaşı Vətən müharibəsi qalibiyyəti ilə regionda yeni dönəmə qədəm qoyduq. Bu düzəni yaradan Azərbaycan ordusu, Ali Baş Komandan İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Ermənistan müharibəyə qədər həm Türkiyəyə yönəlmiş , həm də Azərbaycana qarşı yönələn ərazi iddialarından əl çəkmirdi. Eyni zamanda qardaş Türkiyəyə qarşı saxta soyqırım məsələsini Ermənistan gündəmə gətirir. Müharibədən sonra yaranan yeni reallıq nəticəsində bu məsələlər artıq gündəmdən çıxarılır. Antalya görüşündə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan tərəfinə müraciət etdi və münasibətlərin düzəlməsi üçün Paşinyanı Türkiyəyə dəvət etdi. Türkiyə və Ermənistan münasibətləri tədricən düzəlmək ərəfəsindədir. Artıq fevral ayının əvvəlində İstanbul və İrəvan arasında avia reyslər başayıb. Türkiyə və Ermənistan arasında sərhədlərin açılması da gözlənilir. Xatırladım ki, Türkiyədə olan erməni diasporu erməniləri maliyyələşdirən ən güclü diasporlardan biridir. Ermənilər Azərbaycanın müharibədən sonrakı yaratdığı reallıqlarla hesablaşmaq məcburiyyətində qaldılar. Paşinyan Türkiyəyə yanaşmaqla Ermənistanın mövcudluğunu qorumağa çalışır".

Politoloq sözlərinə əlavə edərək qeyd edib ki, Paşinyanın mart ayında Türkiyəyə gözlənilən səfəri Ermənistanı Rusiyanın siyasi təzyiqindən qurtaracaq , həm də Qarabağ kimi ağrı yükdən xilas edəcək. Bundan başqa Ermənistanın ayaq bağlarından biri 100 ildir ki, Türkiyəyə qarşı irəli sürdüyü soyqırım iddialarıdır. Düşünürəm ki, Paşinyan və Rəcəb Tayib Ərdoğan görüşü hər iki tərəf üçün lazımdır. Əvvəllər erməni tərəfi Türkiyəyə də siyasi təzyiq göstərməyə çalışırdı. Paşinyanın bu görüşündən sonra sərhədlərin açılması masaya yatızdırılacaq. Ermənistan Türkiyəni həmin sərhədlər içərisində tanımaq məcburiyyətində qalacaq. Eyni zamanda Azərbaycanla da sülh müqaviləsi bağlanmalıdır. Ermənistan beləliklə öz ərazi bütövlüyünü təhdiddən qurtaracaq , həm də Rusiyanın Ermənistanın üzərinə təzyiqləri də azalacaq. Ermənistanın daxilindəki terror təşkilatlarında erməni tərəfi üşün əngəldir. Görünür ki, Ermənistanın bir çox problemi Ərdoğanla görüşdən sonra açıqlıq tapacaq. Burada etiraf edək ki, Türkiyə və Azərbaycanın rolu bərabərdir".

Qönçə Quliyeva