Aktrisa yekunlaşmaqda olan mahnısından danışdı

10 Fevral 2022 13:25 (UTC+04:00)

Ötən gün alış-veriş mərkəzində olan məşhur türk aktrisa Mərvə Boluğur bitmək üzrə olan mahnısından danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, xaricdən qohumları ilə görüşə gəldiyini deyən aktrisa musiqi təhsili ilə bağlı açıqlamalar verib.

Yeni mahnısı üçün əzmlə çalışan Boluğur bildirib ki, mahnını sona çatdırdıq: "Zövq aldığım bir iş oldu. Ümid edirəm ki, tamaşaçılar da bəyənər".

Ayşən Vəli