İnkişaf bəşəriyyətin hərtərəfli faciəsidir - ARAŞDIRMA

10 Fevral 2022 12:39 (UTC+04:00)

İnsan-təbiət münasibəti qədim zamanlardan bəri davam edən bir əlaqədir. İnsanlar təbiətlə harmoniya şəklində yaşayır. Demək olar ki, keçmiş dövrdə bəşəriyyət təbiətdən uzaqlaşmamış, əksinə onunla inteqrasiya yolu seçmişdir. Yəni, insanlar daim təbiətlə iç-içə olub. Əsrlər boyu davam edən bu insan-təbiət münasibəti XVI-XVII əsrin sonlarında dəyişməyə başladı.Təbiətlə bu qədər bağlı yaşadığımız üçün insanlar ekoloji maarifləndirmə ilə bağlı yetərincə məlumata malik olmalıdırlar. İnsanlar təbiətdən uzaqlaşmadan, iqtisadiyyata yönəlmiş həyat konstruksiyasından, sosial özəlləşdirmədən ayrılmadan həyat şəraitini təmin edir.
Lakin sənaye və əhalinin sıxlığının təbiətə mənfi təsirləri və zərərləri olur. Müəyyən edilib ki, mahiyyət etibarı ilə humanist dəyərlər arxa plana keçib. Yəni, insana daim iqtisadi və siyasi amil kimi yanaşılır. Lakin insan da həyat sürdükcə təbiəti ekoloji zərbələrdən qorumalıdır. İnsan təbiətin bir parçasıdır, insan təbiətin rəqibi deyil. Ekoloji zərbə ilk növbədə ətraf mühitin məhv edilməsinin (ekoloji vandalizm desək, daha doğru olar) artmasına və təbii ehtiyatların istismarına yönəlib. Bu problemin əsasında həyat və varlığın qorunub saxlanılmaması və məhv edilməsi dayanır. Bu gün fərdin və bəşəriyyətin varlığı təhlükə altındadır. Erroziya və meşə yanğınları bu gün ən faciəli aydınlığı ilə hamının gözü qarşısındadır.

İnkişaf bəşəriyyətin hərtərəfli faciəsidir

Ətraf mühit insanları da özündə cəmləşdirən bir sistemdir. İnsanın təbiətə müdaxiləsi təbiətdən öz ehtiyaclarına uyğun istifadə etməklə bərabər, tarix boyu müxtəlif yollarla olmuşdur. Sənaye İnqilabından sonra əhalinin sürətlə artması və inkişaf edən texnologiya insanların təbiətə daha çox müdaxilə etməsinə səbəb oldu. Təbii mühit insanların şüursuz istifadəsi nəticəsində pisləşdi. Xüsusilə həyatımızın bütün sahələrində yanacaqlardan istifadənin artması havanın, suyun və torpağın çirklənməsinə səbəb olur. İnsan qida ehtiyaclarını ödəmək, yeni yaşayış məntəqələri açmaq və ya sənaye müəssisələri yaratmaq üçün meşələri məhv edir. Bu insan müdaxilələri ekosistemdəki tarazlığı qoruyan bəzi heyvan və bitki növlərini məhv səbəbdir. Bu gün nəsli kəsilmək təhlükəsi ilə üzləşən bəzi növlər var. Timsahın dərisinə, kərgədanların buynuzlarına görə ovlandığı, yaşayış yeri getdikcə daralan Benqal pələngini misal göstərmək olar.

Keçən əsrə nəzər saldıqda ətraf mühitin çirklənməsinin yaranmasında ən böyük amil insanların daha yaxşı şəraitdə yaşamaq ambissiyasıdır. Havada, suda və torpaqda meydana gələn bu çirklənmə bütün canlılara, xüsusən də insanlara mənfi təsir göstərir.

Mövzu ilə əlaqədar "Ekoloq-Jurnalistlər" İB sədri Cəmşid Quliyev SİA-ya fikirlərini bölüşüb.

Cəmşid Quliyev bildirib ki, insanların ekologiyaya ögey münasibətinin ilk səbəbi təbii ki, onların məlumatsızlığı və ekoloji savadsızlığıdır: "İnsanlar kifayət qədər təbliğatın olmamasına görə və ekologiyaya diqqətsiz yanaşmalarına görə ətraf mühitə ziyan vururlar. İnsanların diqqətinə çatdırmaq lazımdır ki, onların etinatsız münasibətinin fəlakətli nəticəsi ola bilər. İnsanlar yetərincə bilgiləndirilsə belə bu onların qayğısının artmasına səbəb olmur. İnsanlar meşədə, çimərlikdə və s yerdə istirahət edərkən ətraf mühiti çirkləndirir. Bu mövzuya insanlar bir az eqoist yanaşır. Ekologiyanın yaxşılaşdırılması cəmiyyətin bütün fərdlərinin borcudur. Meşələr dünyanın ağciyəridir. Yəni yer kürəsinin oksigenin əsas hissəsini məşələr təmin edir. Meşələrin qırılması ilə oksigen yetərsizliyi olacaq. Bu isə yalnız tənəffüs çətinləşdirir, həm də yağıntıların azalmasına səbəb olur".

Təbiət unikal kimyəvi, fiziki və bioloji xüsusiyyətlərə malikdir. Müxtəlif bərk və maye tullantıların və ağır metalların torpağa və suya atılması nəticəsində yaranan kimyəvi çirklənmə sənaye sahələrində kifayət qədər çoxdur. Havanın, suyun və torpağın fiziki xüsusiyyətlərinin nəzərəçarpacaq dərəcədə pisləşib. Sənayeləşmə ilə birlikdə qalıq yanacaqların, xüsusilə kömür və neftin istehlakının artması havanın çirklənməsinə səbəb olur. Zavodların bacalarından, istilik elektrik stansiyalarından, evlərdən çıxan zəhərli qazlar bu çirklənmənin əsas səbəbidir. Hava ilə qarışan bu zəhərli qazlar turşu yağışına səbəb olur. Bundan əlavə, irimiqyaslı meşə yanğınları nəticəsində yaranan qazlar da havanı çirkləndirir. Belə hadisələrin baş verməsi atmosferdə karbon qazının miqdarını artırır. Karbon qazının sürətinin artması istixana effektinə səbəb olur ki, bu da dünyanın istiləşməsinə, buzlaqların əriməsinə və iqlimin dəyişməsinə səbəb olur. Günəş enerjisinin təsiri ilə yer üzündəki sular dövr içərisindədir. Su canlılar tərəfindən istifadə edildikdən sonra yenidən bu dövrəyə qoşulur. Bu dövrədə tullantılar suya qarışır. Tullantılar suyun fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini dəyişdirərək onun çirklənməsinə səbəb olur. Yaşayış və sənaye obyektlərinin çirklənmiş suları, kənd təsərrüfatı sahələrində istifadə olunan kimyəvi gübrələr yeraltı və yerüstü suları çirkləndirən əsas səbəblərdir.

İnsanlar sağlam həyat sürmək üçün sağlam qidalara ehtiyac duyurlar. Hava, su və torpağın çirklənməsi də qidaların çirklənməsinə səbəb olur. Qidamızı əldə etdiyimiz bitki və heyvanlar insan sağlamlığını təhdid edə biləcək bu çirklənmiş təbii mühitlərdə yaşamağa davam edirlər.

Dünyadakı ekoloji problemləri həll etmək üçün ilk növbədə həssas olmalıyıq. Həssaslıq təlim vasitəsilə əldə edilə bilər. Bu gün bəzi problemlərə rast gəlinməsi keçmişdə insanların kifayət qədər həssas davranmaması ilə bağlıdır. Ona görə də yeraltı və yerüstü sərvətlərimizdən şüurlu şəkildə istifadə etməliyik. Beləliklə, bu qaynaqlardan daha uzun müddət faydalana bilərik.

Mövzu ilə əlaqədar SİA-ya ekoloq, Dayanıqlı Azərbaycan Naminə Milli Alyansın rəhbəri, BMT-nin İnkişaf proqramı və Gənclər və İdman Nazirliyi birgə layihəsi çərçivəsində DİM 15 "Torpaq üzərində həyat" üzrə gənc səfir Gülsarə Qasımova fikirlərini bildirib: "İnsanların ekologiyaya ögey münasibət bəsləməsinin ən başlıca səbəbi maariflənmə problemi dayanır. İnsanlar ekoloji problemlərə laqeyd yanaşırlar. Çünki onlar bilmirlər ki, bu problem gələcəkdə nə kimi fəsadlara yol aça bilər. bu isə ilk öncə araşdırmanın və maariflənmə in azlığından irəli gəlir. Onlar bu fəsadların nə kimi böyük zərbələr vurduğunu başa düşsələr, artıq təbiəti qorumağın fərqinə vara bilərlər. Son dövrlərdə Azərbaycanda quraqlıq müşahidə olunur, bu isə qidaların bahalaşmasına səbəb olur. bu zərbələri ancaq insanlar özlərinə gələndə fərqinə varırlar".