Növbəti 5 il üçün rəqəmsal səhiyyə strategiyası hazırlanır.
SİA-nın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, bu yaxınlarda həmin strategiya təqdim olunacaq:"Rəqəmsal səhiyyə strategiyasının hazırlamasında əsas məqsəd vətəndaş məmnunluğunun yaradılması ilə yanaşı müasir standartlara uyğun tibbi statistik məlumatların formalaşdırılmasıdır. Bu strategiyada fərdin sağlamlıq məlumatlarının olduğu layihə yer alacaq".