BƏƏ koronavirus məhdudiyyətlərini ləğv edir

10 Fevral 2022 05:59 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları ölkədə koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması prosesinin başladığını elan edib.

SİA xəbər verir ki, bu barədə BƏƏ-nin WAM xəbər agentliyi məlumat yayıb.

Məhdudiyyətlərin aradan qaldırılması turizm obyektləri, ticarət-əyləncə mərkəzləri və digər müəssisələrə aiddir.

Həmçinin məscidlərdə namaz qılanlar arasında sosial məsafənin 1 metrə endirilməsi barədə qərar qəbul edib.

Bununla belə, BƏƏ rəsmiləri bütün vətəndaşları epidemiya əleyhinə tədbirlərə, o cümlədən maska rejiminə əməl etməyə çağırıb.