Amerikanın əczaçılıq şirkəti “Pfizer”, yeni növ koronavirus (Covid-19) əleyhinə peyvənd və xəstəliyin müalicəsində istifadə edilən “Paxlovid” adlı dərmandan bu il 54 milyard dollar gəlir əldə ediləcəyini proqnozlaşdırır. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Pfizerın 2021-ci ilin dördüncü rübünə dair açıqladığı balans hesabatına görə şirkətin ötən ilin son rübündəki gəliri 2020-ci ilin müvafiq dövrünə müqayisədə 105 faiz artaraq 23,8 milyard dollara çatıb. Şirkətin 2021-ci ildəki gəliri 2020-ci ilə müqayisədə isə təxminən iki dəfə artaraq 81,3 milyard dollar olub. Açıqlamada bildirilir ki, şirkətin bu il gəlir gözləntisi 98 milyard dollar ilə 102 milyard dollar arasındadır.
Hesabatda həmçinin qeyd edilib ki, Cari ildə, Almaniyanın biotexnologiya şirkəti BioNTech ilə birlikdə hazırladığımız “Covid-19” əleyhinə peyvənd və “Paxlovid” dərmanından əldə ediləcək gəlirin 54 milyard dollar olacağını proqnozlaşdırırıq.