Azərbaycan səfiri Ankarada müalicə alan qaziləri ziyarət edib

9 Fevral 2022 21:58 (UTC+04:00)

Azərbaycan Türkiyədəki səfiri Rəşad Məmmədov, hərbi attaşe və səfirliyin digər əməkdaşları Ankarada yerləşən Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında müalicə alan Vətən müharibəsi qazilərini ziyarət edib, onlarla söhbət ediblər.

SİA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumat səfirliyin “Twitter” səhifəsində paylaşılıb.

Görüşün sonunda səfir Fəxri kitaba imza atıb.