ABŞ-ın Kornell Universitetində bir qrup tədqiqatçı balıqların çıxardığı səslərin öz aralarında ünsiyyət dili olduğunu bildiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tədqiqatçılar 175 balıq ailəsinin üçdə ikisinin səsli ünsiyyət qurduğunu aşkar ediblər.
Qeyd edək ki, araşdırmanın yekun hesabatında balıqların 155 milyon ildir danışdığı ifadə edilib.
Abutel İlhamqızı