Dünyasını dəyişən Anna Nikol Smitin həyatı kinoya çevrilir

9 Fevral 2022 12:51 (UTC+04:00)

Adını Playboy modeli kimi qələmə verən və 2007-ci ildə 39 yaşında təsadüfən həddindən artıq dozada narkotik alması səbəbindən dünyasını dəyişən Anna Nikol Smitin həyatı kinoya çevrilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Hurricanna” adlı film modelin son 36 saatını təsvir edəcək.

Rejissor Françeska Qreqorininin olacağı filmdə modeli kimin canlandıracağı, hələlik, bəlli deyil.

Ayşən Vəli