Diabet xəstələri səhər yeməyində nə yeməlidir? - DİETOLOQ AÇIQLADI

9 Fevral 2022 12:07 (UTC+04:00)

"2-ci tip diabet xəstələri üçün səhər yeməyi həm günün ən vacib, həm də ən təhlükəli yeməyidir. Uzun müddətli aclıqdan sonra günün ilk yeməyi olan səhər yeməyində düzgün qidalanan diabet xəstəsi gün ərzində insulin səviyyəsini nəzarətdə saxlaya bilir. Ancaq günün ilk yeməyində düzgün qida qəbul etməyən diabet xəstələri gecə ərzində düşən insulin səviyyəsinin ani yüksəlməsi ilə özünü pis hiss edə bilər. Bu səbəblə səhər yeməyində yeyəcəyiniz qidalar son dərəcə əhəmiyyətlidir. Şəkərli taxıllar, qaymaqlı pendir, simit və delikates məhsulları yaxşı səslənsə də, diabet xəstələri səhər yeməyindən mümkün qədər bu məhsullardan uzaq durmalıdırlar. Tip 2 diabet kimi tanınan şəkərli diabet xəstələri ilk olaraq günlərinə həkimlərinin tövsiyə etdiyi dərmanlardan istifadə etməklə başlamalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.

Onun sözlərinə görə, diabet xəstələri üçün ən yaxşı səhər yeməyi liflə zəngin qidalardan ibarət olanlardır: "Liflə zəngin məhsullar şəkər, karbohidrat və duz baxımından məhdudlaşdırılmalıdır. Meyvə şirələrini də pəhrizinizdən xaric etməlisiniz. Çünki meyvə şirələri qan şəkərini tez yüksəldən qidalardır".

Ceyhunə Yusifova sözlərinə belə davam edib: "Yumurta diabet xəstələri üçün ən ideal qidalardan biridir. Böyük bir qaynadılmış yumurta yalnız 78 kaloridir və 6,29 qram protein ehtiva edir.5,30 yağ ilə yumurtada şəkər demək olar ki, yoxdur. Kalsium və fosforla da zəngin olan yumurta şəkər xəstələri üçün ən ideal qidadır. Yumurta diabetin qarşısını almağa da kömək edə bilər.

Qerkules də şəkər xəstələri üçün səhər yeməyində məsləhətdir. Protein qəbulunu maksimum dərəcədə artırın. Çərəzlər,paxlalıar az yağlı süd məhsulları kimi heyvan mənşəli məhsullar əla protein mənbəyidir.

Daha çox lif istehlak edin. Lif qan şəkərini idarə etməyə, dolğunluq hisslərini dəstəkləməyə və həzm sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər. Fındıq,badam, buğda kəpəyi, yulaf kəpəyi, əksər tərəvəzlər və bir çox meyvə tərəvəzlər liflə zəngindir.

Şəkər üçün diqqətli olun. Qidalar və içkilər şəkərli ola bilər. Su və şəkərsiz qəhvə və ya çay şəkərli içkilərdən daha sağlam seçimdir və bütün təzə meyvələr təzə şirədən daha yaxşıdır. Şəkər və süni dadlandırıcılar insulin müqavimətini və qlükoza səviyyəsini artıra bilər.

Nəticədə, şəkərli diabet xəstələri üçün səhər yeməyi vacibdir. Bu, insanda toxluq hissi yaradır və qan şəkərinin səviyyəsini sabit saxlamağa kömək edir. İnsulin həssaslığı adətən səhər axşama nisbətən daha yüksəkdir, buna görə səhər yeməyini ehtiva edən və gecə gec yeməyi minimuma endirən yemək cədvəlinə üstünlük verilir".

Ayşən Vəli