"Avropadakı tərəfdaşlarla yaxın dialoqdayıq" ALMANİYA

9 Fevral 2022 11:03 (UTC+04:00)

Almaniya kansleri Olaf Şolz Ukrayna böhranında son dərəcə gərgin vəziyyəti sakitləşdirmək istədiklərini qeyd edib. SİA xəbər verir ki, Almaniya kansleri Fransa prezidenti Emmanuel Makron və Polşa prezidenti Anjey Duda ilə Berlin görüşündən əvvəl birgə mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Olaf Şolz bildirib ki, ortaq məqsədimiz Avropada müharibənin qarşısını almaqdır: "Avropadakı tərəfdaşlarla yaxın dialoqdayıq".

Kansler vurğulayıb ki, Rusiya əsgərlərinin Ukrayna sərhədinə yerləşdirilməsi həyəcanvericidir: "Vəziyyətlə bağlı qiymətləndirməmiz çox oxşardır. Bizim də münaqişəyə mövqeyimiz eynidir. Ukraynanın ərazi bütövlüyü və suverenliyinin daha da pozulmasının qəbuledilməz və siyasi baxımdan, iqtisadi və geostrateji baxımdan genişmiqyaslı nəticələri olacaq".