Marallarda "omikron" ştamına yoluxma qeydə alınıb

9 Fevral 2022 06:15 (UTC+04:00)

ABŞ-da ağ quyruqlu marallar koronavirusun "omikron" ştammına yoluxan ilk vəhşi heyvan olublar.

SİA “Lenta.ru” saytına istinadən xəbər verir ki, Pensilvaniya Universitetinin alimlərinin 131 heyvandan 19-da koronavirus testinin nəticəsinin pozitiv olduğunu aşkarlayıb.

Sonrakı araşdırma "omikron"un heyvanlar arasında yayıldığını göstərib. Hazırda koronavirusun bu variantı 15 ştatdakı marallarda aşkar edilib.

Mütəxəssislər maralların COVID-19-a insanlardan yoluxduğunu müəyyən ediblər. Hazırda virusun heyvanlardan insanlara keçə biləcəyinə dair heç bir sübut yoxdur. Lakin ekspertlər belə halların koronavirusun yeni mutasiyalarına səbəb ola biləcəyindən narahatdırlar.