YAP Nərimanov rayon təşkilatında Ərazi Partiya Təşkilatları ilə silsilə görüşlər davam etməkdədir.
08 fevral tarixində YAP Nərimanov rayon təşkilatının inzibati binasında pandemiya qaydalarına uyğun olaraq növbəti bir qrup Ərazi Partiya Təşkilatlarının sədrləri ilə görüş keçirilib. SİA xəbər verir ki, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev Ərazi Partiya Təşkilatlarının sədrlərinə partiyanın fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı Yeni Azərbaycan Partiyasının yeni proqramına əsasən qəbul olunan və yenilənən qərarlar, YAP Nərimanov rayon təşkilatının 2022-ci ilin iş planı haqqında məlumat verib.
Təşkilat sədri yeni qəbul edilmiş Nizamnamədə yer alan partiyanın fəaliyyət formalarından biri kimi məhz ictimai məsələlər ilə bağlı rəylərin dövlət və yerli özünüidarəetmə orqanlarına çatdırılmasından ibarət olduğunu diqqətə çatdırdı. S. Vəliyev, həmçinin rayon təşkilatının qarşıdakı vəzifələri, nəzərdə tutulan tədbirlər, partiya üzvləri ilə əlaqələrin daha sıx və operativ şəkildə qurulmasından danışdı.
Ərazi Partiya Təşkilatlarının sədrləri yeni proqramla əyani surətdə məlumatlandırıdılar.
Müzakirə formatında keçən görüşdə Ərazi Partiya Təşkilatlarının sədrlərinin təklifləri dinlənildi.
YAP Nərimanov rayon təşkilatının sədri Ərazi Partiya Təşkilatlarının hər bir üzvünü görüləcək işlərdə, keçiriləcək aksiya və tədbirlərdə fəal olmağa çağırıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.