Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron Kreml sarayında görüşüb. SİA xəbər verir ki, 5 saatdan çox davam edən görüşdən sonra hər iki lider birgə mətbuat konfransında çıxış ediblər.
Görüşün mənalı və faydalı keçdiyini deyən Putin bildirib ki, Makronla Rusiyanın ABŞ və NATO-ya təklif etdiyi təhlükəsizlik zəmanəti məsələsi ətrafında fikir mübadiləsi apardıqlarını bildirib.
"NATO-nun 1997-ci ildə şərqə doğru genişlənməməsi, sərhədlərinə qayıtmaması və Rusiya sərhədlərinə silah yerləşdirməməsi ilə bağlı təkliflər ABŞ və NATO tərəfindən diqqətdən kənarda qalıb. Başqa məsələlərlə yanaşı, NATO-nun 2019-cu ildəki hərbi strategiyasında əsas təhlükəsizlik təhdidi kimi Rusiya yer alıb və bizi düşmən adlandırıb. NATO bizi düşmən kimi tanıyıb”.