"Xocalı faciəsi dünya ictimaiyyətinə tanıdılmalıdır" - AÇIQLAMA

8 Fevral 2022 15:03 (UTC+04:00)

"Xocalı qətliamı 20-ci əsrin ən qanlı faciələrindən biridir". Bunu SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Çingiz Qənizadə qeyd edib ki, bəşəriyyət və insanlıq əleyhinə olan cinayətlərdəndir. "1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə sılahlanmış erməni ordusu və speratcı rejmin hərbiçiləri onlara dəstək olan Rusiyanın silahlı birləşmələrinin və hərbi texnikalarının köməyi ilə təxminən 7 min əhalisi olan Xocalı şəhərini mühasirəyə alaraq hücuma keçdilər. Bunun nəticəsində bir gecədə 613 nəfər qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106 nəfər qadın, 70 nəfər isə ahıllar idi. Xocalı sakinləri qətlə yetirildi və əsir götürüldülər. 8 ailə tamamilə məhv edildi. 487 nəfər ağır yaralandı. Bu faciə çox təəssüf ki, o dövrlərdə kifayət qədər beynəlxalq səviyyədə tanınmadı.Beynəlxalq aləm erməni pərəst qüvvələrin dəstəyi ilə faciəyə göz yummağa çalışdı. Təbii ki, indiki dövrlə müqayisədə o dövrdə Azərbaycanın hərbi iqtisadi gücü, potensiyalının zəif olmasını nəzərə alsaq, Xocalı soyqırımını dünyaya tanıda bilmədik. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra artıq Xocalı faciəsi həm ölkə daxilində qiymət verilməsi, həm də beynəlxalq aləmdə Xocalının tanıdılması istiqamətində siyasət yürüdülməyə başladıldı. Son olaraq Prezident İlham Əliyevin siyasi xəttində və Heydər Əliyev Fondunun gördüyü işlərdə, həm də Leyla Əliyevanın "Xocalını tanıyaq" layihəsi çərçivəsində Xocalı qətliamını dünya ölkələri tərəfindən son yeddi - səkkiz il ərzində daha sürətli tanıdılmasına başladı. Xocalı faciəsi Azərbaycanın qan yaddaşıdır. Belə hesab edirəm ki, bəşəriyyət də bu hadisəni unutmamalıdır. Cənab Prezident Xocalı faciəsini keçirilməsi ilə bağlı müəyyən sərəncamlar verir. Yeni sərəncam isə Xocalı faciəsinin 30 illiyi bağlı olması ilə əlaqədardır. Bu sərəncamın özü də Xocalı faciəsini dünya ictimaiyyətinə tanıdılmasında və hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edən siyasi addımlardan biridir. Biz bu Fevralın 26-da göz yaşları içərisində Xocalıda həlak olan körpələrimiz , bacı və qardaşlarımızın xatirəsini yad etməklə bir daha dünya ictimaiyyətini silkələməyə cəhd edəciyik ki, belə faciəni törədənlərinin hüquqi qiymət verilməsi üçün susmuş vicdanların oyatsınlar".