Ukrayna hərbi təlimlərdə

8 Fevral 2022 14:35 (UTC+04:00)

Ukrayna sərhədlərinə 100 mindən çox əsgər yerləşdirdiyi bildirilən Rusiya Belarusda təlimlər keçirərkən, Kiyev rəhbərliyindən də oxşar addım atılıb. SİA xəbər verir ki, Ukrayna 10-20 fevral tarixləri arasında Türkiyədən aldığı Bayraktar SİHA-ları ilə hərbi təlim keçirəcəyini açıqlayıb.

Milli televiziya kanalına danışan müdafiə naziri Oleksii Reznikov qeyd edib ki, Ukrayna ordusunun təlim fəaliyyətləri davam etdirilir.

Qeyd edək ki, təlimlərdə Türkiyədən alınan Bayraktar SİHA-larla birlikdə Javelin "NLAW " tank əleyhinə raketlərdən də istifadə olunacaq.