Qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən 13 nəfərin müalicəsi davam edir. Ağırlaşma halları müşahidə olunmur. Reanimasiyada müalicə alan 2 nəfərdən biri bu gün ümumi palataya keçiriləcək. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirir.