İspaniyada açıq havada maskadan istifadə tələbi ləğv edilir

8 Fevral 2022 04:22 (UTC+04:00)

İspaniya hökuməti açıq havada tibbi maskanın məcburi taxılması qaydasını ləğv edir.

SIA-nın xəbərinə görə, ölkə parlamenti müvafiq təklifin lehinə səs verib. Eyni zamanda idman tədbirlərində azarkeşlərin sayı da azaldılacaq. Yeni qaydalar fevralın 10-da qüvvəyə minəcək.

Karantin rejiminin yumşaldılmasına səbəb son günlərdə reanimasiyaya yerləşdirilən xəstələrin sayının azalmasıdır.