Dünyada koronavirusa yoluxanların sayı 394 milyonu keçib

8 Fevral 2022 00:27 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı 394 milyonu keçib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 235 694 yoluxma halı və 10 826 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 394 381 395 nəfər yoluxub. Onlardan 5 735 179 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.