Qastronomiya üzrə turizm dərnəyi (GTD) Rusiyada Türkiyənin mətbəx mədəniyyətini təbliğ edəcək. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
GTD-nin paytaxt Moskvadakı “Spektr” biznes mərkəzində nümayəndəliyini açması ilə əlaqədar təşkil olunan tədbirə Türkiyənin Moskvadakı səfirliyinin rəsmiləri ilə yanaşı çox sayda rus və türk qonaqlar qatılıb.
GTD-nin sədri Gürkan Boztepe açıqlamasında Rusiyada açılan nümayəndəlik ilə türk mətbəxi mədəniyyətinin ölkədə tanıdılmasının məqsədyönlü olduğunu, qastronomiya turizmi və mədəniyyətlərarası ünsiyyətlə bağlı işlərin aparılacağını qeyd edib.