2022-ci il 23 yanvar tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik xidmətinə qəbulla bağlı imtahan keçirilib. İmtahanda iştirak edən namizədlər imtahanla bağlı şikayətlərini adiyyatı qurumlara ünvanlayıblar. SİA həmin şikayət ərizəsini olduğu kimi sizlərə təqdim edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad Abdullayevə
Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri xanım Fərəh Əliyevaya
Prezident Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri cənab Tələt Məcidova
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili xanım Səbinə Əliyevaya
Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Ceyhun Bayramova
ƏRİZƏ
Məlumunuz olduğu kimi cari ilin 23 yanvar tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik xidmətə qəbul ilə bağlı imtahan keçirilmişdir. Biz - imtahanda iştirak etmiş namizədlər olaraq (40 namizəd), imtahanın öncədən elan edilmiş bir neçə şərtinin pozulmasına dair müraciət etmişik. Müraciətin formasını Sizə təqdim edirik:
“DİM tərəfindən 11.01.2022-ci il tarixində son olaraq imtahan strukturu və xüsusilə də esse tapşırıqları ilə bağlı rəsmi formada elan olunmuş qaydalara ( https://dim.gov.az/news/7775/ ) əməl olunmamışdır. Belə ki, esse tapşırıqlarına dair verilmiş şərtlərin 5-ci hissəsində qeyd olunan “Hər bir esse 10 ballıq şkala ilə qiymətləndirilir. Namizəd hər iki dildə yazılmış esse tapşırıqları üçün maksimum 20 bal toplaya bilər” şərti kobud şəkildə pozulmuş və hər bir esse 100 ballıq şkala ilə qiymətləndirilmişdir.
İmtahan nəticələri açıqlanana qədər DİM tərəfindən rəsmi formada xarici dildə yazılan esse tapşırıqlarının minimal bal həddinin (50 faiz) tətbiq olunacağına dair məlumat verilməmişdir. Bu şərt imtahan keçirildikdən sonra əlavə edilmişdir, hesab edirik ki, bu da öz növbəsində ədalətsiz yanaşmadır.
Qeyd edək ki, aşağıda adları qeyd olunan namizədlər Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunun 4-cü maddəsinin 4.1.6. bəndinə (dövlət qulluğuna qəbulun şəffaflığı) əsasən hüquqlarımızın kobud şəkildə pozulduğunu bildirir, imtahan nəticələrinin hüquqi çərçivədə araşdırılaraq ləğv olunmasını, DİM tərəfindən rəsmi şəkildə elanda (11.01.2022 https://dim.gov.az/news/7775/ ) yazıldığı formada (essenin 10 ballıq şkala ilə qiymətləndirilməsi) sonradan heç bir əlavə şərt qoyulmadan (50 faizlik baraj və s.) yoxlanmasını xahiş və tələb edirəm.”
Bütün əsaslı iradlarımıza baxmayaraq DİM tərəfindən bizə verilən rəsmi cavab belə olmuşdur.
“Dövlət İmtahan Mərkəzi Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələrinə dair bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə bir neçə məqamı namizədlərin diqqətinə çatdırır:
Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilən tələblərə əsasən, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı 3 hissədən ibarət olub. Test imtahanı 100 test tapşırığından ibarət olub və hər tapşırıq 1 balla qiymətləndirilib. Esselərin hər biri 10 ballıq şkalada qiymətləndirilib və sonradan test tapşırıqlarının və esse nəticələrinin vahid şkalaya gətirilməsi məqsədilə nəticə 100 ballıq şkalaya çevrilib.
Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı ilə bağlı əvvəlcədən verilmiş ümumi məlumatda qeyd edilir ki, dil bilikləri həm imtahan, həm də müsahibə mərhələsində yoxlanılacaq. Xarici İşlər Nazirliyinin namizədlərin C1 səviyyəsində dil biliklərinə malik olmasına dair tələbi nəzərə alınaraq, xarici dildə yazılan esse üzrə nisbi balı ən az 50 müəyyən edilib. Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələblərdən biri xarici dil üzrə bilik və bacarıqların C1 səviyyəsində olması idi. Qiymətləndirilən bilik və bacarıqlar sırasında xarici dil ilə yanaşı dövlət dili üzrə yazı bacarıqlarının qiymətləndirilməsi də elanda əksini tapmışdı. Qiymətləndirmə meyarları da məhz dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) şkalası əsasında tərtib edilib. Beləliklə, müəyyən edilən müsabiqə şərtlərinə əsasən, xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan, hər üç hissə üzrə isə ümumilikdə ən yüksək bal toplayan ilk 100 nəfər müsahibə mərhələsinə buraxılıb.
100 ballıq şkalanın tətbiq edilməsi ilə balların hesablanması namizədlərin nəticəsinə təsir göstərmir. Məsələn, əgər xarici dil üzrə yazılan essedə minimal bacarıq göstəricisi 50%-dirsə, 10 baldan 5 bal və ya 100 baldan 50 nisbi balın tətbiq edilməsi mahiyyət etibarilə nəticəni dəyişmir. Namizəd essedən 4 bal və ya 40 nisbi bal alıbsa, tələbi ödəmədiyinə görə növbəti mərhələyə buraxılmaması şərti eyni olaraq qalır.”
Yuxarıda qeyd edilən cavabdan da göründüyü kimi qaydalar sonradan dəyişdirilib və burada Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.3.12. bəndinə əsasən “fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq” faktı vardır.
Azərbaycan Respublikasının Konstitusiyasının “Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı” və Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi V, VI, VII bəndələrində qeyd edilən insan hüquq və azadlıqlarının pozulması faktları mövcuddur.
Qeyd olunanları nəzərə alaraq, DİM-in imtahandan sonra tətbiq etdiyi Ümumavropa çərçivə sənədinin (CEFR) şkalasının (50%-lik minimum limit) ləğv edilməsini və 100 bal ilə qiymətləndirilən namizədlərin 100-lük sıralaması ilə 300 bal ilə qiymətləndirmənin 100-lük sıralamasındakı iştirakçı siyahısında hüquq və qanun pozuntusunun aşkar edilməsinə və şəffaflığın təmin olunmasına dəstək olmağınızı xahiş edirik.
Hörmətlə,
İmtahanda namizəd qismində iştirak etmiş şəxslər
Nəsibli Əli Müşfiq oğlu - imtahanda iştirak üçün iş nömrəsi 738159
Əlaqə nömrəsi (050 268 49 49) mail adresi: nasibli072@gmail.com
Cəbrayılov Rəşad Mehman oğlu – 737934 Əlaqə nömrəs
Vüqar Tarverdiyev Kərəm oğlu – 738255
Ənnağıyeva Nigar Ənnağı qızı – 737992
Hacıyev Fuad Əhməd oğlu – 738193
Fərmanli Kənan Mehman oğlu 738212
Hüseynzadə Tofiqə Ramil qızı - 738154
Seyid Surə Namidar qızı – 738040
Süleymanlı Elvin Əvəz oğlu – 738316
Kərimli Lalə Arif qızı – 738164
Muradlı Nərmin Elxan qızı- 738152
Əhmədova Günel Elçin qızı – 738290
Hənifəyev Hənfə Kamal oğlu – 738310
Qarayev Ayxan Nizami oğlu – 738303
Qaharmanov Ferqan Canpolat oğlu – 733825
Kərimova Rəna Arif qızı – 737966
Məmmədov Elmir Novruz oğlu – 738379
Qəniyeva Turac Əlibaği qızı – 737993
Kərimli Elman Bəhruz oğlu – 737968
Quliyev Rəşad Araz oğlu – 738293
Əzimova Güllü Tərlan qızı - 737991
Qarayev Rəşad Əli oğlu – 738066
Babayeva Sevinc Habil qızı – 738081
Muradov Fətəli Səfail oğlu – 737971
Niftiyeva Samira Xalid qızı 738172
Huseynli Rza Ismayil oğlu – 738179
Yusifli Rahib Qədir oğlu – 738327
Kərimova Namidə Samid qızı – 738031
Rəhimov Murad Maarif oğlu – 738107
Əsgərov Rauf Əsgər oğlu – 738167
Qəhrəmanova Aytac Mövsüm qızı – 738240
Məmmədov Sadiq Yaqub oğlu – 738115
Həmzəzadə Nihad Hamlet oğlu – 737984
Qədirov Namiq Əliheydər oğlu – 738020
Əsədov Kamran Alim oğlu – 737939
Bayramov Rəhim Kəyyam oğlu – 738120
Mustafayev Seyidhəsən Mirməmməd oğlu – 738187
Hafizli Şahin Dəyanət oğlu – 738204
Toğrul Seyidbəyli Məmməd oğlu – 738263
Elxan Məmmədli Əli oğlu – 738340 Babayev Hikmət Orucağa oğlu - 738188