"Birbaşa cənab Prezident tərəfindən mükafatlandırılmaq çox qürurverici hiss idi. Bu mənim üçün birinci mükafat deyil. Mən bundan öncə də Vətən müharibəsində iştirakıma görə "Cəbrayılın azad olunması" medalı ilə cənab Prezident tərəfindən mükafatlandırılmışdım". Bu sözləri SİA-ya açıqlamasında Prezident mükafatçısı Coşqun Hidayətov deyib.
Onun sözlərinə görə, həmişə düşünürdük ki, görəsən bizə Azərbaycan Gənclərinin Forumunda iştirak etmək nə vaxtsa qismət olarmı?": "Nə xoşbəxtik ki, bu uğur biz gənclərə qismət oldu. Cənab Prezident gənclərin Ona ünvanladığı sualları ətraflı və geniş şəkildə izah etdi. Çox rahat və səmimi formatda görüş təşkil olundu. Tədbir bizim gözlədiyimizdən daha da maraqlı oldu".
Coşqun Hidayətov sözlərinə belə davam edib: "Mərasimdə cənab Prezidentin çağırışları da oldu. Təbii ki, bizim missiyamız təkcə Vətən müharibəsi ilə yekunlaşmır. Qarabağın dirçəlməsi missiyasını məhz biz gənclik yerinə yetirəcəyik. Təhsil sahəsində işlər görməliyik. Əldə etdiyimiz bilik və bacarıqları vətənimizin daha da inkişaf etməsi, çiçəklənməsi prosesinə sərf etməliyik. Gənclərimiz milli dəyərlərimizə sadiq olaraq yetişməli, vətənə-torpağa sadiq olmalıdır. Bu mükafat bizim timsalımızda bütün Azərbaycan gəncliyinə verilmiş mükafatdır. Cənab Prezidentə öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm".
Ayşən Vəli