Rusiyanın Vaşinqtondakı səfiri Antonov bəyan edib ki, Rusiya Ukraynaya hücum etmək niyyətində deyil və bu, Moskvanın maraqlarına ziddir. SİA xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov "YouTube" kanalında yayımlanan proqramda verdiyi açıqlamalarda bunu bildirib.
Antonov qeyd edib ki, Rusiyanın təcavüzü ilə bağlı hansısa uydurma layihələr qurmaq cəfəngiyyatdır: "ABŞ-da Rusiyaya qarşı yeni sanksiyaların zəruriliyi ilə bağlı konsensus var. ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyaların zəruriliyi ilə bağlı konsensus olduğuna diqqət çəkdi. Biz hər gün Konqresdə müzakirələrin şahidi oluruq. Sanksiyaların zəruriliyi ilə bağlı tam konsensus var, yeganə sual işarəsi onların həcmi və vaxtıdır".