YAP Şəmkir rayon təşkilatı sədrinin təqdimatı olub FOTOLAR

7 Fevral 2022 10:59 (UTC+04:00)

Şəmkir rayonunda Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri vəzifəsinə təyin edilmiş Vəliyev Fəxrəddin Vəli oğlunun videokonfrans formatında təqdimat mərasimi keçirilib. Tədbirdə rayon təşkilatının ərazi ilk partiya təşkilat sədrləri və partiya fəalları iştirak etdi. Mərasimi giriş sözü ilə açan YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, müstəqil Azərbaycanın siyasi həyatında ən böyük və aparıcı partiya olan YAP-ın Azərbaycan xalqı, Azərbaycan dövləti və dövlətçiliyi qarşısında xidmətləri böyükdür. Bu gün Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatına Vəliyev Fəxrəddin Vəli oğlu etimad göstərilərək sədr təyin edilib. Bu münasibətlə Araz Xudadanov yeni təyin edilmiş sədri – Vəliyev Fəxrəddin Vəli oğlunu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bu təyinata görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş Komandan Cənab İlham Əliyevə öz təşəkkürünü və minnətdarlığını bildirdi. O qeyd etdi ki, bundan sonra da partiyamızın verdiyi bütün tapşırıqları layiqincə yerinə yetirəcək və cənab İlham Əliyevin uğurlu siyasətinin təbliğini rayon sakinləri arasında yüksək səviyyədə təşkil edəcək. Daha sonra tədbir iştirakçılarına söz verilib. YAP Şəmkir rayon təşkilatının ərazi ilk partiya təşkilat sədrləri Məcid Şıxlıniski, Aybəniz Nəsibova və Famil Həmidov çıxış edərək vurğulayıblar ki, Fəxrəddin Vəliyev rayonun ictimai-siyasi həyatında daim fəal iştirak edib. Rayon təşkilatının formalaşmasında və inkişafında onun böyük əməyi olub. Partiyanın rayon təşkilatına sədrlik etdiyi 22 ildə - ölkədə keçirilən bütün siyasi kampaniyalarda rayon təşkilatının yaxından və fəal iştirakını təmin edib. Gənclərin partiya sıralarına cəlb olunmasına böyük önəm verib, onlara diqqət və qayğı ilə yanaşıb. Bir sözlə, Fəxrəddin Vəliyev siyasi fəaliyyətinin əsasını Heydər Əliyev ideyalarını, onun adını və şərəflini göz bəbəyi kimi qorumaq, Heydər Əliyev yoluna və bu yolun layiqli davamçısı İlham Əliyevə, doğma Vətənimizə Azərbaycana sədaqətlə xidmət etmək təşkil edir. Odur ki, Fəxrəddin Vəliyev bu vəzifəyə ən layiqli namizəddir. YAP Şəmkir rayon təşkilatının çoxsaylı üzvləri adından Fəxrəddin müəllimi təbrik edir bundan sonrakı fəaliyyətində daim yeni-yeni uğurlar arzulayırıq!

Rəfiqə