Ermənilərin açdığı atəş nəticəsində Tərtərdə mülki tikiliyə güllə dəyib

6 Fevral 2022 11:45 (UTC+04:00)

Ermənilərin açdığı atəş nəticəsində Tərtərdə yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib.

Bu barədə SİA-ya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-sı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.

Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur.