Yaşlı hindlilərə peyvənd iynələri güclə vurulur

6 Fevral 2022 07:13 (UTC+04:00)

Sosial şəbəkələrdə Hindistanda sakinlərə zorla peyvənd vurulması barədə kadrlar yayılıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, görüntülər birmənalı qarşılanmayıb. Bəziləri dünyada yoluxma sayına görə ilk yerlərdə olan ölkədə belə tədbirlərin məcburi olduğunu bildirsə də, digərləri vaksinasiyanın könüllülük əsasında həyata keçirildiyini xatırladaraq bu cür davranışları yolverilməz adlandırıblar.

Qeyd edək ki, Hindistan dünyada koronavirusa yoluxma sayına görə ABŞ-dan sonra ikinci gəlir. Ölkədə pandemiya başlayandan bəri 42 milyondan çox yoluxma halı qeydə alınıb.