Britaniyada koronavirusdan daha 259 nəfər ölüb

6 Fevral 2022 00:25 (UTC+04:00)

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 60 578 yoluxma halı qeydə alınıb.

SİA xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 17 749 999 nəfərə çatıb.

Bundan əlavə, son sutka koronavirusdan 259 nəfər, hazırkı dövrədək isə 158 243 nəfər vəfat edib.