2016-cı ildə modelyer Başak Dizerlə ailə quran yaraşıqlı aktyor Kıvanç Tatlıtuğ indi ata olmaq üçün günləri sayır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "İnstaqram"da 3,7 milyon izləyicisi olan Kıvanç Tatlıtuğ hər paylaşımında səs çıxarmağı bacarır.
Son olaraq mətbəxdə məharətini nümayiş etdirən məşhur aktyor xəmiri açdığı anların videosunu paylaşaraq, peşəkar aşpazlıq təhsili aldığını qeyd edib. Onun bu paylaşımı böyük marağa səbəb olub.