ABŞ-lı haker interneti çökdürdü

5 Fevral 2022 10:31 (UTC+04:00)

ABŞ və Şimali Koreya arasında kibermüharibəyə yenisi əlavə edilib. Şimali Koreyada internetdə ciddi kəsintilər baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hücumun kim tərəfindən edildiyi bilinməsə də, ABŞ-lı xaker interneti özünün kəsdiyini iddia edib. Şimali Koreyanın ona da təsir etdiyi kiberhücumun qisasını almaq istəyən “P4x” adlı haker əks hücuma keçib.

ABŞ səlahiyyətlilərinin hücuma cavab vermədiyini düşünən haker təkbaşına Şimali Koreyanın internet bağlantısını çökdürüb. P4x hökumətin rəsmi internet portalı "Naenar və dövlətin aviaşirkəti "Air Koryo" da daxil olmaqla bir neçə internet saytının əlaqəsini kəsib. Yanvarın 26-dan bəri çoxsaylı saytlar P4x tərəfindən davamlı olaraq hücuma məruz qalıb. Hal-hazırda saytlara girmək mümkün deyil.