ABŞ-ın "Rockstar Games" şirkəti "Grand Theft Auto VI" kompüter oyununun hazırlanması üzərində işləyir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şirkətin mətbuat xidməti xəbər verib.
Məlumatda qeyd olunub: ""Grand Theft Auto"nun növbəti hissəsinin aktiv hazırlanma işləri tam sürətlə getdiyini təsdiqləməkdən məmnunuq".
Tərtibatçılar buraxılış tarixi barədə məlumat verməyiblər və oyunun xüsusiyyətlərini açıqlamayıblar.