14 aydır koronavirusdan sağalmır

5 Fevral 2022 00:38 (UTC+04:00)

İstanbulda yaşayan Müzəffər Kayasan 14 aydır karantindədir.

SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Sarıyer ərazisində yaşayan Müzəffər Kayasan 2020-ci ilin noyabr ayında koronavirusa yoluxub. O vaxtdan bəri 14 ay ərzində 78 koronavirus testinin cavabı pozitiv çıxıb.

Xəstəxanada müalicə alan Kayasan evə buraxılsa da, analizi müsbət olub.

Həkimlərə müraciət edən 56 yaşlı kişi leykoz xəstəsi olduğu və immunitetinin zəifliyi səbəbindən hələ də sağalmadığını öyrənib.