Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

4 Fevral 2022 23:27 (UTC+04:00)

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) fevralın 4-də 248 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, bir gündə 468 min 152 test edilib. Gündəlik yoluxma sayı 111.157-dir.

Son 24 saatda sağalanların sayı 83.536-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 142 milyon 735 min 468-yə yüksəlib.