Cənubi Afrikada COVID-19-a qarşı peyvənd hazırlanıb

4 Fevral 2022 22:53 (UTC+04:00)

Cənubi Afrikanın "Afrigen Biologics" şirkətinin tədqiqatçıları ABŞ-ın "Moderna" əczaçılıq şirkətinin koronavirusa qarşı peyvəndinin öz versiyasını yaradıblar.

SİA-nın məlumatına görə, bu barədə "ВВС News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, alimlər onun klinik sınaqlarına 2022-ci ilin noyabrında başlamağı gözləyirlər.

Cənubi Afrika şirkəti ümid edir ki, onun dərmanı Afrika ölklərində vaksinasiya səviyyəsinin artmasına imkan yaradacaq.