Xərçəng hüceyrəsini məhv edən "toxum" hazırlanıb

4 Fevral 2022 21:30 (UTC+04:00)

Ənənəvi müalicə üsullarından fərqli olaraq şişləri məhv edə bilən yeni müalicə üsulu hazırlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, MRT cihazları xərçəng diaqnozunda çox vacib olduğu üçün artıq xəstəxanalarda ən çox yayılmış cihazlardan biridir. MRT skanerinin maqnit sahələri isə maqnit “toxumu” kimi inkişaf etdirilən cihazı bədəndən şişə yönəltmək üçün istifadə olunacaq. Bu cihaz xərçəng hüceyrələrini istiliklə məhv etmək üçün uzaqdan işə salına bilər. Ölçüsü 2 mm olan bu “toxum” formalı cihaz maqnit sahələri ilə şişin yerini dəqiq müəyyən edərək naviqasiya edə bilir. Bu şəkildə xərçəngin ətrafındakı toxumalara çox az zərər verir. Tədqiqatçılar bu müalicəni MINIMA adlandırırlar.

Topluluk Tarafından Doğrulandı simgesi