Məşhur sima modelləri kölgədə qoydu

4 Fevral 2022 17:47 (UTC+04:00)

İştirak etdiyi "Survivor" yarışması ilə gündəmdə olan Sabriyə Şəngül dəyişikliyi ilə sosial medianı silkələyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, boks və kikboksinqdə 3-cü Türkiyə çempionu olan Sabriyə "Survivor"un unudulmaz adlarından biri olmağı bacarıb.

"Survivor"dan sonra dəyişikliyi ilə də diqqət çəkən Sabriyədən əsər-əlamət yoxdur. Sosial mediadakı paylaşımları ilə iddiasını ortaya qoyan Şəngül əzələli bədən quruluşu ilə bəyənilir. Yay aylarında bikinili pozaları ilə gündəmə gələn məşhur sima izləyicilərindən bəyənmə alıb.

Ayşən Vəli