Regional Təhsil İdarələrin yaradılması üzrə işlər yekunlaşacaq - TƏHSİL NAZİRLİYİNİN RƏSMİSİ

4 Fevral 2022 15:52 (UTC+04:00)

"Regional Təhsil İdarələrinin yaradılması ilə bağlı bütün işlər bu ilin mart ayında yekunlaşacaq". SİA xəbər verir ki, bu fikirləri təhsil nazirliyinin ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, hal-hazırda məktəbəqədər təhsil müəsisələri ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dioqnostik işlər həyata keçirilir: "Bağçaların vəziyyəti, statistik məlumatların toplanması, bağçaların işçi ehtiyyatları və digər fəaliyyətlərin normal qaydada davam etdirilməsi üçün dioqnostik işlər görülür. Bağçaların düzgün idarəsini təşkil etməklə bağlı regional idarələr yaranmalıdır. Regional Təhsil İdarələrin qurulmasi ilə bağlı işlər davam edir. Regional Təhsil İdarələrinin yaradılması ilə bağlı işlər mart ayında yekunlaşacaq. Bundan sonra bağçaların idarə edilməsi ilə bağlı həmin idarələr birbaşa məsuliyyət daşıyacaqlar və idarə olunmasına dəstək verəcəklər".