"Bağçalara qəbul prosesinin şəffaflaşdırılmasının tərəfdarıyıq". SİA xəbər verir ki, bu sözləri təhsil nazirliyinin ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, məktəblərdə qəbul prosesi mərkəzləşmiş şagird qəbul sistemi şəklində həyata keçirilir. Bu qəbul sisteminin bağçalarda da tətbiq edilməsi ilə bağlı planlar müzakirə edilir. Növbəti tədris ili üçün bağçalara uşaq qəbulunun mərkəzi sistem vasitəsi ilə həyata keçirilməsi gözlənilir.