Gənc pianoçunun uğuru

4 Fevral 2022 04:43 (UTC+04:00)

Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin gənc musiqiçiləri növbəti uğura imza atıblar.

SIA xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin 4-cü sinif şagirdi Fidan Mirzəyeva beynəlxalq müsabiqənin laureatı olub.

O, Qazaxıstanın Nur Sultan şəhərində onlayn formatda keçirilən beynəlxalq vokal-instrumental müsabiqəsində 3-cü dərəcəli diploma layiq görülüb.

Fidanın uğurunu onu müsabiqəyə hazırlayan müəllimi Səbinə Həmidova bölüşüb.