Afrikada koronavirusun “omikron” ştamının alt növləri aşkarlanıb.
SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika ofisinin baş virusoloqu Niksi Qumede-Moeletsi bildirib.
“Omikron”un BA.2 adlı yeni alt növü qitənin beş ölkəsində müəyyən edilib: Botsvana, Keniya, Malavi, Seneqal və Cənubi Afrika.
“BA.2-ni müəyyən etmək çox çətindir, çünki “omikron” ştamını aşkar etmək üçün hazırlanmış koronavirus testləri onu “görmür”. Biz bu alt növün dəqiq təsvirini əldə etmək üçün dünyanın bir sıra laboratoriyaları ilə işləyirik”, – ÜST rəsmisi deyib.
Ötən ay BA.2 Avropada, xüsusən Danimarkada müəyyən edilib. Danimarka alimlərinin fikrincə, alt növün yayılma qabiliyyəti artıb.