Türkiyə və Ermənistanın ikinci görüşü

3 Fevral 2022 21:32 (UTC+04:00)

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında ikinci görüş fevralın 24-də Vyanada keçiriləcək. SİA xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi yazılı açıqlaması var.

Bəyanatda aşağıdakı ifadələr yer alıb: “Türkiyə və Ermənistan arasında normallaşma prosesi çərçivəsində iki ölkənin xüsusi nümayəndələri səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında növbəti görüş fevralın 24-də Vyanada keçiriləcək”.