Azərbaycanda peyvənd olunanların SAYI

3 Fevral 2022 15:38 (UTC+04:00)

Azərbaycanda bu gün 38 436 nəfər vaksinasiya olunub. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 921 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 33 435-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 114 431, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 239 838, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 746 927 nəfər təşkil edir.

Ümumilikdə isə 2 127 666 buster doza vurulub.