DSX-da hesabat müşavirəsi keçirilib - FOTOLAR

3 Fevral 2022 13:19 (UTC+04:00)

3 fevral tarixində Dövlət Sərhəd Xidmətinin 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçi­ril­ib. DSX-nın Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə komandanlarının məruzələri dinlənilib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yekun hesabat məruzəsi ilə çıxış etmiş, hərbi birləşmələrin və digər struktur qu­rumların xidməti fəaliyyətini qiymətləndirib, 2022-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

2021-ci ilin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan tarixinin ən böyük sərkərdəsi cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Azər­baycan Respublikasının ərazi bütövlü­yü bərpa olunduqdan sonra Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşı­rıqların yüksək səviyyədə yerinə yetirilməsi, Azərbaycan-İran döv­lət sərhədinin işğaldan azad olunmuş 132 km-lik sahə­sində sərhəd mühafizə infrastruk­tu­runun bərpası, Zəngilan, Qu­badlı və Laçın rayonları ərazilərində Azərbaycan-Ermənistan dövlət sərhədi­nin müdafiə və mühafizəsi sisteminin yaradılması, işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin hərbi poten­sialının gücləndirilməsi, düşmənin təxribat­larının qarşısının alınması üzrə effektiv əks-tədbirlər sisteminin formalaşdırılması ilə əla­mətdar olması qeyd olunub.

Bu nailiyyətlərin əldə olunmasının Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunul­mazlı­ğının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olduğu xüsusi vurğulanıb.

2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 26 aprel tarixində Dövlət Sərhəd Xidmətinin Cəbrayıl rayonunun Marallı kəndi, 04 oktyabr tarixində Cəbrayıl rayonu, 25 oktyabr tarixində Qubadlı rayonu ərazisindəki yeni hərbi hissələrinin açılışını etməsi, 20 oktyabr tarixində Zəngilan rayonun­da yeni hərbi hissəyə səfər etməsi, hərbi hissələrin xidməti-döyüş fəaliy­yətinin təşkili, hərbi qulluq­çuların peşəkar və döyüş qabiliyyətinin yüksəldilməsi üçün yara­dılmış şəraitlə tanış olma­sı, Və­­tən Müharibəsində göstərdikləri rəşa­dətə, igidliyə və şücaətə görə 12 DSX hərbi qulluqçusunu "Vətən müharibəsi qəhrəmanı" adına layiq görməsi, sərhədçiləri 176 orden, 5203 medalla təltif­ləndir­məsinin, 23 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mül­ki işçilərinin sosial müdafiəsinin güclən­diril­məsi barədə qərar verməsininin Dövlət Sərhəd Xidmətinin şəxsi heyə­ti üçün xüsu­silə əhəmiyyətli olması və böyük ruh yüksəkliyi ilə qarşı­lanması qeyd edilib.

2021-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin Azər­baycan Respub­li­kasının Pre­zi­denti Silahlı Qüv­və­lərin Ali Baş Komandanı cənab İlham Əli­yevin tapşırıqlarını daima şərəf və ləya­qətlə yerinə yetirə­cək­ləri, dövlət sərhədinin etibarlı mühafizəsini təmin edə­cəkləri vurğulanıb.