Türkiyə ilə Ermənistan arasında münasibətlər tədricən normallaşır. SİA xəbər verir ki, uzun fasilədən sonra İstanbul-İrəvan istiqamətində ilk birbaşa uçuş həyata keçirilib.
İki ölkə arasında normallaşma prosesi çərçivəsində başlaması planlaşdırılan ilk İstanbul-İrəvan reysi İstanbul "Sabiha Gökçen" Hava Limanında saat 23.35-də həyata keçirilib. Təxminən 2 saatlıq uçuşdan sonra təyyarə Yerevanın "Zvartnots" beynəlxalq hava limanına enib.
Qeyd edək ki, təyyarədə 99 sərnişin olub.