"Ana olmaq üçün hələ çox gəncəm"

3 Fevral 2022 12:35 (UTC+04:00)

ABŞ-lı model Heyli Biber xarici jurnala müsahibə verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, 27 yaşlı həyat yoldaşı Castin Biberlə bir neçə ildən sonra uşaq sahibi olmağı planlaşdırdıqlarını açıqlayıb.

Heyli, “Ana olmaq üçün hələ çox gəncəm. Məsələn, bu il qətiyyən belə düşünmürəm”, - deyə o bildirib.

Qeyd edək ki, cütlük 2018-ci ildə ailə həyatı qurub.

Ayşən Vəli