Osmanlı dövrünə aid qiymətli əşyalar İraq bazarlarında

2 Fevral 2022 13:56 (UTC+04:00)

İraqın paytaxtı Bağdaddakı qədim bazarda Osmanlı dövrünə aid bir-birindən qiymətli əsərlərin satışa çıxarılması diqqətləri cəlb edir.

SİA xəbər verir ki, Osmanlı İmperatorluğunun uzun illər hökm sürdüyü qədim paytaxt Bağdadın Karrada bölgəsindəki Bağdad qədim bazarını xalçalar başda olmaqla bir-birindən qeymətli şüşə qablar və gümüş əsərlər bəzəyib. Osmanlı dövrünə məxsus onlarla qədim əsərlər arasında olan Osmanlı sultanı II Əbdülhəmid imzalı gümüş fincanlar, çaydanlar və digər əntiq əşyalar diqqət çəkir.

Qeyd edək ki, Bağdaddakı antikvar satıcıları arasında Osmanlı dövrünə məxsus əntiq əşyalar “Sultani” adlanır.