Bir ölkənin təhlükəsizliyini digərinin hesabına gücləndirə bilməzsən - PUTİN

2 Fevral 2022 12:07 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin müharibə də daxil olmaqla, mənfi ssenarilərin qarşısını almaq üçün Ukrayna ilə bağlı dialoqun davam edəcəyinə ümid etdiyini bildirib. SİA xəbər verir ki, bu sözləri Rusiya prezidenti mətbuat konfransında çıxışında deyib.

Putin bəyan edib ki, Ukrayna NATO-ya daxil olarsa və Krımı geri almağa çalışarsa, Rusiya ilə NATO arasında müharibə ehtimalı ola bilər: “Görünür, Rusiyanın əsas narahatlıqları diqqətdən kənarda qalıb". Hələ də gələcək danışıqlara açıq olduqlarını vurğulayıb.

Putin qeyd edib ki, NATO-nun genişlənməsi, Rusiya sərhədləri yaxınlığında silah sistemlərinin yerləşdirilməsi və bərpası üçün kifayət qədər cavab görmədik.

ABŞ və NATO-nun Rusiyanın narahatlığına məhəl qoymadığını bildirən Putin ifadə edib ki, NATO ölkələrin seçim azadlığına işarə edir, ancaq birinin təhlükəsizliyini digərinin hesabına gücləndirə bilməzsən.
Putin NATO və ABŞ-ın münasibəti qarşısında verəcəkləri cavabın asan olmayacağını, lakin qərar verəcəklərini vurğulayıb.