Məşhur müğənni birinci oldu

2 Fevral 2022 10:24 (UTC+04:00)

Musiqi təhlili şirkəti “Viberate” 2021-ci ildə dünyada radioda ən çox səslənən adları müəyyən edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, buna görə britaniyalı müğənni Ed Şiran 4,3 milyon ilə birinci yeri tutub.

Məşhur sima Dua Lipa 4,2 milyonla ikinci, The Weeknd isə 3 milyonla üçüncü olub. Kraliça siyahıda dördüncü, Maroon isə beşincidir.

Ayşən Vəli